ag-ev-cinli-kommunistlerin-olkeye-gelmesini-qadagan-ede-biler

Ağ Ev çinli kommunistlərin ölkəyə gəlməsini qadağan edə bilər

Ağ Ev Çin Kommunist Partiyasının üzvlərinin və ailələrinin ölkəyə gəlməsinə qadağa qoymaq imkanını nəzərdən keçirir.

İnsider.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Buna səbəb kimi Çinin Honkonqla bağlı qəbul etdiyi qərarlar göstərilir.

ABŞ rəhbərliyi ölkədə olan bütün Çin Kommunist Partiyasının üzvlərinin, həmçinin, hərbçilərin vizalarını ləğv etmək istəyir.

Sözügedən qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanacağı gözlənilir.

Nəşr qeyd edir ki, Çin Kommunist Partiyasının 92 milyon üzvü var və bu səbəbdən təşəbbüsün praktikada tətbiqi olduqca çətin olacaq.