ABŞ prezidneti Donald Tramp təkcə ABŞ-Meksika sərhədində deyil, Vaşinqtondakı fərdi iqamətgahı olan Ağ evin ətrafında da divarın tikintisinə başlayıb. İnsider.az bu haqda “TASS”-a istiadən bildirir.
Qeyd olunur ki, şəhərin bu məşhur və turistlərin sevimli mənzərəsinə açılan Pensilvaniya küçəsi boyu hasarlanma sahəsini ağ rəngli bütöv tikinti hasarı iə bağlayıblar.
Lakin amerikan liderinin iqamətgahını küçədən yenədə görmək mümkündür. Gözəllik üçün hasarlanma ağ parça ilə örtülüb – üzərində layihənin bəzi təfərrüatları, həmçinin Ağ evin ötən dövrlərdə necə göründüyünə dair arxiv fotolar yerləşdirilib.
Milli Parklanma Xidmətinin saytında təsvir edilmiş planlara əsasən, hazırkı təxminən iki metrə hündürlüyü olan hasarı təxminən dörd metrlik (13 fut) hasar əvəzləyəcək – bu hasar üzərinə praktiki olaraq çıxmağın mümkün olmaması üçün intizamı pozanların aşkar edilməsi texnologiyasının tətbiqilə tikiləcək.
Tikinti işləri tədricən aparılacaq və 2021-ci ilə qədər davam edəcək. İndiki hasar tam əvəzlənsə də, onun bəzi hissələri muzeyə göndəriləcək. Bütövlükdə yeni hasar görüntüsünə görə, ündürlüyünü saymasaq, mövcud olan hasardan o qədər də fərqlənməyəcək.
Samirə Məmmədova