Ağ Evin Milli Təhlükəsizlik Şurasının daha dörd yüksək vəzifəli məmuru çərşənbə günü Vaşinqtonda baş verən iğtişaşların ardından vəzifələrini tərk edib.
Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Reuters” xəbər verib.
Məlumata görə, Afrika İşləri baş direktoru Erin Uolş, Müdafiə Siyasəti üzrə baş direktor Mark Vandroff, Kütləvi Qırğın Silahları Məsələləri üzrə baş direktor Entoni Ruqyerro, həmçinin, Orta Şərq və Afrika İşləri üzrə baş direktor Rob Qrinuey istefa verib.
Lakin hökumətdə istefalar bununla bitməyib. Belə ki, Təhsil naziri Betsi Devos da vəzifəsindən gedib.
Qeyd edək ki, daha əvvəl Rusiya və Avropa işləri üzrə baş direktor Rayan Tallin, Nəqliyyat naziri Eleyn Çao, ABŞ-ın Şimali İrlandiya üzrə xüsusi elçisi Mik Malveni də vəzifələrini tərk etmişdi.
Baydenin andiçmə mərasimi 20 yanvar tarixinə təyin olunub.