ag-xeletli-hipertoniya-nedir

“Ağ xələtli hipertoniya” nədir?

Pasiyentin qan təzyiqi evdə normal, həkim kabinetində yüksək olanda, bu, "ağ xələtli hipertoniya" adlanır və yeni araşdırma göstərir ki, yaxşı hal deyil.

Belə vəziyyətdə hipertoniyadan dərman qəbul etməyən pasiyentlər, "Annals of Internal Medicine" jurnalında dərc olunmuş metaanalizə əsasən, adi pasiyentlərdən ürək xəstəliyindən iki dəfə çox ölürlər.

İdmanla məşğul olun, düzgün qidalanın və spirtli içki və siqaret istifadəsindən qaçın

Həkimlər "ağ xələtli hipertoniya"ya nəyin səbəb olduğunu bilmirlər. Bəzi insanlarda narahatlıq onların tibb müəssisələrində qan təzyiqinin qalxmasına səbəb olur, lakin başqalarında qan təzyiqinin qalxıb-düşməsi əsas fizioloji vəziyyətinə görə ola bilər.

Analizlər göstərib ki, "ağ xələtli hipertoniya"nın müalicəsini etməyən pasiyentlərdə ürək-damar xəstəlikləri riski 36%, istənilən səbəbdən ölüm riski 33%, ürək xəstəliyindən ölüm isə 109% yüksəkdir.

"Hərtərəfli" və cari analiz

Alimlərin izahına görə, "ağ xələtli hipertoniya"nın uzun müddət xoşxassəli və yüksək risklə bağlı olmadığı hesab olunurdu.

Araşdırmaların göstərdiyinə görə, "ağ xələtli hipertoniya" xəstələri arasında ürək-damar xəstəlikləri və ölüm halları, daimi yüksək qan təzyiqi olan pasiyentlərdən fərqli olaraq, təxminən spektrin ortasında və "olduqca aşağıdır".

Araşdırma nəticəsində yüksək ürək-damar xəstəliklərin aşkar olunmasına baxmayaraq, metaanaliz "ağ xələtli hipertoniya" və insult arasında heç bir əlaqə tapmadı.

Samirə Məmmədova