agali-kendinde-beynelxalq-aile-gunune-hesr-olunmus-ulduzlu-ev-musabiqesi-kecirilib-foto

Ağalı kəndində Beynəlxalq Ailə gününə həsr olunmuş “Ulduzlu ev” müsabiqəsi keçirilib - FOTO

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Beynəlxalq Ailə gününə həsr olunmuş “Ulduzlu ev” müsabiqəsi keçirilib.

Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Bildirilib ki, müsabiqə çərçivəsində Ağalı sakinlərinə məxsus 32 həyətyanı sahəyə baxış keçirilib.

“Kaspi” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, jurnalist Ramilə Qurbanova, dizayner Ləman Əsgərova həyətyanı sahələri 5 meyar üzrə - bağçılıq, quşçuluq, həyətyanı sahənin dizaynı, kreativlik və qarşılamaya görə qiymətləndiriblər.

Qiymətləndirmə nəticəsində Ağalı kənd sakinləri İlyas Ağalarov, Fərmayıl İsmayılov 1-ci yer, Umidvar Səlimov, Minayə Mahmudova 2-ci yer, Vəliyəddin Paşayev, Rəhilə Almuradova, Emin Quliyev, Minə Mirzəyeva, Balaoğlan Mirzəyev 3-cü yerə layiq görülüblər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Sadalanan meyarlara cavab verən həyətlərə müxtəlif sayda ulduzlar verilib.

Qeyd edək ki, “Ulduzlu ev” müsabiqəsi hər il keçiriləcək.