“Ağdağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
Bildirilib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq.
“İnvestisiya dəyəri 15 milyon manat olan müəssisədə 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.