agentlik-17-mine-yaxin-saxta-elillik-legv-edilib

Agentlik: "17 minə yaxın saxta əlillik ləğv edilib"

"Son 3 ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib və qarşısı alınıb".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, nöqsanlar aşkarlanan xəstəxanalarla bağlı tədbirlər görülüb: "Vətəndaşlara müraciət edərək bildiririk ki, dəllallara inanmasınlar və onlar barədə hüquq-mühafizə orqanlarına məlumat versinlər".