agentlik-resmisi-informasiyanin-mezmununun-tekmillesdirilmesi-istiqametinde-isler-gorulecek

Agentlik rəsmisi: İnformasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətində işlər görüləcək

“Bu gün jurnalist və media subyekti blokunu bir-birindən ayırmağa ehtiyac var. Biz bunu müəyyən normativ hüquqi baza baxımından müəyyən etməliyik”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində Agentliyin jurnalistlərə və media subyektlərinə hansı imkanları yaradacağı sualına cavab olaraq bildirib ki, ilk olaraq media subyekti anlayışına aydınlıq gətirilməlidir:

“Bunu müəyyən normativ hüquqi baza baxımından müəyyən etməliyik. Biz “media subyekt”i anlayışı və “media subyektləri”nin özlərinin bölgüsünü tam əhatəli həyata keçirməliyik. “Jurnalist” və “jurnalistin statusu” anlayışları da normativ hüquqi baza əsasında aydınlaşdırılmalıdır. Bu, bizə imkan verəcək ki, həm jurnalistlərlə, həm də media subyektləri ilə iqtisadi, texniki, metodiki dəstək layihələrini həyata keçirə bilək.

Biz media subyektlərindən danışırıqsa, nizamnaməyə əsasən (onlayn, çap, audiovizual media) onların hər biri ilə işlərin təşkilini təmin etməliyik. Bu onların iqtisadi müstəqilliyinin təmini, kadr potensialının inkişafını, xüsusilə də yayılan informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətlərini əhatə edəcək”.

Oxu.Az