"Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik".
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.
O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır:
"Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".
APA