agilli-adamlarin-etmedikleri-9-davranis

Ağıllı adamların etmədikləri – 9 DAVRANIŞ

İstənilən vəziyyətdə təmkinini və mənəvi dayanıqlığını qoruyub-saxlayan insanlara fəxr edirik. Biz bunu müdriklik adlandırır və nə zamansa elə olacağımıza ümid bəsləyirik. Sən demə, bu, bizə xoşbəxt olmağa, irəli getməyə mane olan bəzi davranış modellərindən qaçmaq bacarığından asılıdır.

1. Onlar heç kimə keflərini pozmağa imkan vermirlər

Özünü dəyərləndirməniz və əhvalınız başqalarının fonunda necə görünməyinizdən asılıdırsa, o zaman xoşbəxtliyiniz sizə məxsus deyil. Ağıllı adamlar öz uğurlarına sevindikdə, onlar başqalarının rəyləri və xidmətlərinin həmin sevinci kölgədə qoymasına imkan vermirlər.

Başqalarının nə düşünüb, nə etdikləri vacib deyil. Bu, heç bir şəkildə özünüz barənizdə rəyinizə təsir etməməlidir. Hazırkı məqamda ətrafdakıların barənizdə hansı fikirdə olmasından asılı olmayaraq, o, həmişə subyektivdir və reallığı əks etdirmir.

2. Onlar unutmurlar

Emosional savadlı insanlar inciklikləri asanlıqla bağışlayır, lakin bu, o demək deyil ki, onları tez unudurlar. Bağışlamaq o deməkdir ki, siz xoşagəlməz vəziyyəti buraxır və irəli hərəkət edirsiniz. Lakin bu, o demək deyil ki, sizi incidən şəxsə ikinci şans vermiş olursunuz.
 
Ağıllı adamlar başqalarının səhvlərinə dolaşmağı xoşlamırlar, buna görə, əvvəlcə bağışlayır, sonra isə gələcəkdə özlərini belə vəziyyətlərdən qorumaq üçün güclü tədbirlər görürlər.
 
3. Onlar bıçaqla tank üzərinə getmirlər

Ağıllı adamlar özlərini qorumağın vacibliyini dərk edirlər, çünki sabah yeni gün və yeni döyüş olacaq. Münaqişə vəziyyətində biz, tez-tez emosiyalarımıza nəzarəti itirir və başımızı aşağı salıb, özümüzü əvvəlcədən məğlub olacağımız bəlli olan davaya atırıq. Öz emosiyalarını başa düşüb, idarə etməyi bacaran şəxs nə zaman dediyində durmağı və hansı döyüşlərə girişməyi düzgün qiymətləndirə bilir.

4. Onlar ideal arxasınca qaçmırlar

Emosional yetkin insanlar əlçatmaz idealı rəhbər tutmurlar, çünki onun mövcud olmadığını bilirlər. Mütləq kamilliyə can atmaqla, həmişə məyus olacaqsınız. Yekunda özünüzü istədiyinizə nail ola bilməməyinizlə bağlı danlayacaq, daim nəyi düz edib-etmədiyinizi götür-qoy etmiş olacaqsınız. Ağıllı insanlar isə nail ola bildiklərinə sevinirlər.

5. Onlar keçmişlə yaşamırlar

Bir qayda olaraq, məğlubiyyət – bu, çətin bir şeyə nail olmaq riski və cəhdlərinin nəticəsidir. Ağıllı adamlar bilirlər ki, uğur uduzmaq və irəli getmək bacarığından çox asılıdır. Lakin köhnə səhvlərdən yapışdıqda, bunu etmək çox çətindir. Keçmişlə yaşadıqda, o, bu gününüzə çevrilir və sizi gələcəkdən məhrum edir.

6. Onlar problemlərin üzərində çox ilişmirlər

Sizin emosional vəziyyətiniz nə barədə düşünməyinizdən çox asılıdır. Bütün diqqətinizi cari problemlərdə cəmlədikdə, bütün ruhunuzla mənfi emosiyalara və stress vəziyyətinə köklənirsiniz. Ağıllı və emosional baxımdan savadlı adamlar bilirlər ki, problemlər haqqında deyil, onların həlli yolları barədə düşünmək lazımdır.

7. Onlar deyingənlərlə ünsiyyət qurmurlar

Deyinmək və şikayətlənməyi xoşlayanlar dayanmadan öz problemlərindən danışırlar. Özünü yaxşı hiss etmələri üçün onlara yazığı gələcək dinləyicilər lazımdır. Belələrindən uzaq durmaq lazımdır, yoxsa sizi öz neqativlərində boğacaqlar.

Deyinmə axınını dayandırmağın ən yaxşı üsulu – insandan öz problemlərinin öhdəsindən necə gəlməyi düşündüyünü soruşmaqdır. Deyingən ya susacaq, çünki o həmin problemləri həll etməyə hazırlaşmır belə, ya da nəhayət konstruktiv düşünməyə başlayacaq.

8. Onlar kin saxlamırlar

Qəzəblənərkən yaşadığımız neqativ emosiyalar stressə olan reaksiyamızdır. Üzərimizə qaçılmaz təhlükə gələndə belə davranış sağ qalmaq üçün vacibdir. Lakin hər şey geridə qaldıqdan sonra içimizdə saxladığımız kin bizə yalnız zərər gətirir. Zamanla hətta sağlamlığımıza təsir göstərə bilər. Kin saxlamaq – bu, daimi stress vəziyyətində olmaq deməkdir. Ağıllı adamlar isə bütün qüvvələri ilə bundan qaçmağa çalışırlar.

9. Onlar istəmədikləri şeyə razı olmurlar

Çoxlarımız üçün “yox” sözünü söyləmək çətinlik törədir. Bu arada “yox” bacarıqla istifadə etməli olduğunuz çox güclü alətdir. Üzərinizə yeni öhdəliklər götürməkdən imtina etməklə, artıq mövcud olan öhdəliklərinizi yerinə yetirmək imkanı qazanmış olursunuz.