Azərbaycanda benzinin qiyməti bahalaşıb.
Bu gündən Aİ-95 premium markalı benzinin qiyməti 1.40 qəpik olub.
Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1.25 qəpik idi.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.