ai-de-mehsullarin-20-i-tullanilir

Aİ-də məhsulların 20%-i tullanılır

Aİ-də hal-hazırda birlik ölkələrində istehsal olunan ərzağın 20%-ə çatan itkisini azaltmaq istəyirlər. Bunun üçün Avrokomissiya Aİ üçün ümumi itki monitorinqi metodologiyasını tətbiq etməyi təklif edir. İnsider.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti mayın 6-sı bildirib.

“Ərzaq itkiləri milyonlarla insanın hələ də aclıqdan əziyyət çəkdiyi və insan həyatının və rifahının əsası olan təbii resursların daha da azaldığı dünyada qəbul edilməzdir. Məhz buna görə biz əsas prioritet kimi ərzaq məhsullarının itkisinin qarşısının alınmasını müəyyən etdik”, - deyə Avrokomissiyanın birinci vitse-prezidenti Frans Timmermans qeyd edib.

“Göndərilən akt” adlanan yeni uçot metodikası “qida itkiləri” termininin məzmununu dəqiq müəyyən edir. O, istehsalat və daşınmadan tutmuş istehlak və utilizasiyaya qədər hər mərhələdən biri üzrə qida ərzağı sərfiyyatının təhlilini nəzərdə tutur.

Belə metodologiyanın əsasında Aİ ölkələri 2020-ci ilə öz fərdi monitorinq sistemlərini yaratmalıdırlar. Gözlənildiyi kimi, Avrokomissiya qida itkiləri barədə ümumiləşdirilmiş məlumatı 2022-ci ilin ortalarına əldə edə biləcək. Bu, həm qida sənayesi səviyyəsində, həm istehlak və qalıqların utilizasiyası mərhələsində itkilərin azaldılması üçün ölçü götürməyə imkan verəcək.

Samirə Məmmədova