Avropa İttifaqından olan istifadəçi məlumat yığımını sərtləşdirən, 2018-ci ildə qəbul edilmiş Verilənlərin Müdafiəsi üzrə Ümumi Nizamnaməyə (General Data Protection Regulation, GDPR) görə internet-mağaza və digər şirkətlərin saytları daha az gəlir əldə edir.
İnsider.az-ın məlumatına görə, belə qənaətə Çikaqodakı Şimal-Qərb araşdırma universiteti, Boston universiteti və Boulderdəki Kolorado universitetindən olan mütəxəssislər gəliblər.
İşin müəllifləri saytların statistikasını GDPR-in 2018-ci lin mayında qəbulundan öncə və sonra toplayan “Adobe Analytics”-in məlumatlarını müqayisə ediblər. Ümumilikdə onlar internet-şirkətlərin, o cümlədən səhifə baxışında pul qazanan saytların və onlayn-mağaza saytlarının 1,5 min verilənlərini təhlil ediblər.
Təqiqatçılar müəyyən ediblər ki, səhifə baxışları və saytların mənfəəti hər Aİ istifadəçisinə görə təxminən 10% aşağı düşüb. Orta hesabla hər şirkət həftəyə 8 min dollar mənfəət itirib.
Nəşriyyat qeyd edir ki, GDPR istiifadəçilər barədə məlumat yığımını qəlizləşdirir – saytlar bu cür məlumata giriş üçün icazə almalı olurlar. İsitfadəçilər internetdə yerləşdirdikləri məlumatlarına daha ehtiyatlı yanaşmağa, xüsusilə, onlayn alış-verişləri daha nadir hallarda etməyə başlayıblar.
Samirə Məmmədova