ai-dovletleri-iqtisadiyyatin-berpasi-barede-raziliga-geldiler

Aİ dövlətləri iqtisadiyyatın bərpası barədə razılığa gəldilər

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün 750 milyard avroluq iqtisadi xilasetmə paketi barədə razılaşıb.

İnsider.az xəbər verir ki, Aİ Şurasının rəhbəri Şarl Mişel bunu Brüsseldəki sammit çərçivəsində, təxminən beş gün davam edən görüşlərdən sonra açıqlayıb.

“Avropa güclüdür, Avropa birləşir. Biz bunu etdik! Büdcə və iqtisadi bərpa fondu ilə bağlı razılığa gəldik. Bunlar yaxşı bir razılaşma ilə başa çatan kəskin danışıqlar oldu”, - deyə, o, son mətbuat konfransında qeyd edib.

Oxu.Az