Avrostat 2018-ci il üzrə Avropa İttifaqında alkoqollu içkilərə olan qiymət indekslərini elan edib.
İnsider.az bu barədə “Korrespondent”-ə istinadla xəbər verir.
Aİ-nin statistika qurumunun məlumatına əsasən, alkoqola olan qiymətlərin ən yüksək dərəcəsi Finlandiyada qeydə alınıb – bu, orta hesabla 182% edir. Ardı ilə siyahıda İrlandiya (177%) və İsveç (152%) gəlir. Yunanıstan (133%), Böyük Britaniya (129%), Estoniya (126%) və Danimarkada (124%) da alkoqollu içkilər bahadır.
Ötən ildə alkoqollu içkilərə olan ən aşağı qiymətlər isə Bolqarıstan və Rumıniyada (74%), həmçinin Macarıstanda (77%) olub.
Samirə Məmmədova