ai-insan-haqlarinin-pozulmasina-gore-qlobal-sanksiyalarin-muddetini-uzadib

Aİ insan haqlarının pozulmasına görə qlobal sanksiyaların müddətini uzadıb

Aİ Şurası bazar ertəsi qlobal sanksiya rejimi çərçivəsində dünyada ciddi insan haqları pozuntuları və sui-istifadə hallarına görə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddətinin daha bir il - 2023-cü il dekabrın 8-dək uzadıldığını elan edib.

“Bu o deməkdir ki, sanksiyalar siyahıya daxil olan 17 fiziki şəxs və 5 qurumun hamısına şamil ediləcək. Məhdudlaşdırıcı tədbirlərə məruz qalanların Aİ-yə girişinə qadağa qoyulacaq, eləcə də aktivləri dondurulacaq. Bundan əlavə, Aİ-də həmin fiziki və hüquqi şəxslərə vəsait vermək qadağandır”, - Şuranın Brüsseldə dərc olunan sənədində deyilir.

Sənəddə bildirilir ki, bu qərar Aİ-nin bütün vasitələrdən istifadə etməklə, insan hüquqlarının pozulması hallarına qarşı mübarizə aparmaq öhdəliyini təsdiqləyir.

Qeyd edək ki, Aİ Şurası insan haqlarının pozulmasına görə qlobal sanksiyalar rejimini 2020-ci il dekabrın 7-də işə salıb.

Oxu.Az