ai-liderlerinin-zirve-gorusu-yene-texire-salindi

Aİ liderlərinin zirvə görüşü yenə təxirə salındı

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri COVID-19-un iqtisadiyyata təsiri və gələcək büdcə üçün bərpa proqramı ilə bağlı hələ razılığa gələ bilməyiblər və sammit yenidən təxirə salınıb.

İnsider.az xəbər verir ki, bunu Aİ Şurası prezidentinin sözçüsü Barend Leyts açıqlayıb.

O bildirib ki, liderlər görüşlərə bir müddət fasilə veriblər və günortadan sonra yenidən görüşəcəklər.

Qeyd edək ki, 17-18 iyul tarixlərində keçirilməsi planlaşdırılan görüş razılığa gəlinmədiyi üçün təxirə salınmışdı.

Zirvə görüşündə 2021-2027-ci illərdə təxminən bir trilyon avroluq büdcəni təyin edən, yeni tip koronavirusun iqtisadi təsirlərinə qarşı hazırlanmış ümumi həcmi 750 milyard avro olan iqtisadi bərpa proqramı üzrə hazırlanacaq “Çoxillik Maliyyə Çərçivəsi” layihəsi müzakirə edilir.