Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.
Bunu avropalı diplomat tviterdə yazıb.
O, telefon danışığı zamanı İsveç əsilli İran vətəndaşı Həbib Çaabın edamını qətiyyətlə pisləyib: “Mən həmçinin alman vətəndaşı Cəmşid Şarməhdi edam etməməyi xahiş etdim”.
Tərəflər qarşılıqlı əməkdaşlığı da müzakirə edib: “İran bu əməkdaşlığı davam etdirməli, Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyi dayandırmalıdır”.
Report