Avropa İttifaqına üzv 27 ölkənin hamısı "Brexit"in növbəti dəfə təxirə salınmasına razılıq verib.
İnsider.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Eyni zamanda ertələnmənin hansı tarixə qədər ola biləcəyinə dair qərar qəbul edilməsi təxirə salınıb.
Brüssel Böyük Britaniyanın mövqeyinə daha çox aydınlıq gəlməsini istəyir. Mənbənin sözlərinə görə, Brüsselin oktyabrın 29-da qərar qəbul edəcəyi gözlənilir.