Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 14-cü sanksiyaların qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.
Məlumata görə, Aİ 14-cü sanksiyalar paketini iyunun 20-də razılaşdırıb. Bu paket çərçivəsində Rusiyadan 69 nəfəri və 47 təşkilatı qara siyahıya salacaq.
Bundan əlavə, sanksiyalar ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracına qarşı yönəldiləcək.
Oxu.Az