ai-surasinin-prezidenti-rusiyaya-qarsi-qetiyyetli-movqeyimizden-geri-cekilmeyeceyik

Aİ Şurasının Prezidenti: Rusiyaya qarşı qətiyyətli mövqeyimizdən geri çəkilməyəcəyik

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bunu Ş.Mişel tviter səhifəsində yazıb.

“Ukraynanı dəstəkləməyə ehtiyac var. Rusiyaya qarşı yeni sanksiyalar hazırlanmaqdadır. Bu, bizim qətiyyətli mövqeyimizdən geri çəkilmədiyimizi göstərir”, - o bildirib.