ai-ukraynaya-herbi-destek-ucun-500-milyon-avro-ayirir

Aİ Ukraynaya hərbi dəstək üçün 500 milyon avro ayırır

Avropa İttifaqı xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçirilən iclasda Ukraynaya hərbi yardımın maliyyələşdirilməsi üçün daha 500 milyon avro ayırmaq barədə razılığa gəliblər.

Bununla da, birliyin Ukraynaya ayırdığı hərbi yardımın ümumi həcmi bir milyard avroya çatıb.

Qeyd edək ki, hələ fevralın sonunda Avropa İttifaqı ilk dəfə olaraq Ukrayna silahlı qüvvələrinə 500 milyon avro məbləğində yardımı maliyyələşdirməyə qərar verib. Aİ-nin Versal sammiti zamanı isə Xosep Borrell Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro ayırmağı təklif edib.

Oxu.Az