ai-ukraynaya-herbi-texnika-ucun-elave-yarim-milyard-avro-ayiracaq

Aİ Ukraynaya hərbi texnika üçün əlavə yarım milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel bildirib ki, Aİ Ukraynaya hərbi texnika üçün əlavə maliyyə yardımı göstərməyə hazırdır.

Onun sözlərinə görə, bu yardımın məbləği yarım milyard avro təşkil edəcək. Mişel onu da qeyd edib ki, təşəbbüsün müəllifi Aİ diplomatiyasının rəhbəri Josef Borrelldir

“Daha 500 milyon avro ayırmaq təklifinə görə Borrellə ​​təşəkkürlər... Bu, Aİ-nin Ukraynaya artıq verdiyi hərbi texnika dəstəyini 1,5 milyard avroya qədər artıracaq”.

Oxu.Az