Asiya İnkişaf Bankının bu vaxta qədər Azərbaycana verdiyi və geri ödənilən kreditlərinin həcmi 4 mlrd. ABŞ dollarıdır.
İnsider.az xəbər verir, bunu Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı ADB-nın İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov deyib.
"ADB-ni daha çox dövlət sektoru ilə işləyən bank kimi tanıyırlar. Amma bizim özəl sektorla da müəyyən layihələrimiz var. 2030-cu ilə olan strategiyamızda 7 hədəf var. Onlardan biri investisiya və kredit portfelimizdə özəl sektorun payını artıraraq üçdə birə çatdırmaqdır"- deyə S.Şabanov əlavə edib.
"APA-Economics"