airbnb-menzil-icare-servisine-160-milyon-dollar-investisiya-ayirib

“Airbnb” mənzil icarə servisinə 160 milyon dollar investisiya ayırıb

“Airbnb” səyahət edən biznesmenlər üçün mənzil icarəsini təklif edən “Lyric” startapına qoyulan investisiya raundunda lider oldu.

Bu barədə İnsider.azBloomberg”-ə istinadla yazır.

San-Fransiskoda təsis edilmiş servis 200 gün müddətinə kimi qalacaq biznesmenlər üçün sutka boyu dəstəyi olan premium-sinif mənzillərini təklif edir. Şirkətin hələ ki, ABŞ-da 380 təklifi var.

Agentliyin sözlərinə görə, çox güman, “Airbnb” strartapa, onun “qısa müddətli icarə bazarının mənfi reputasiyasını dəyişmək” missiyası ilə həvəslənərək, investisiya ayırmaq qərarına gəlib.

“Lyric”-in həmtəsisçisi və baş direktoru Endrü Kitçelin sözlərinə görə, şirkət çalışdığı13 şəhərdə bütün normativ tələblərə riayət edir. Bu yeganə şirkətdir ki, Orlandoda qısa müddətli icarəni həyata keçirməyə qanunla icazə verilib.

“Lyric” daşınmaz əmlakla məşğul olan ABŞ-ın 20 aparıcı şirkətləri ilə əməkdaşlıq edir. “Lyric”-in investorları arasında “Tishman Speyer”, “RXR Realty”, “Obvious Ventures”, “SineWave”, “Twitter”-in keçmiş rəhbərləri Dik Kostolo və Adam Beyn, həmçinin Barri Şternlixt, “SignalFire” və “Tusk Ventures” var. Bütün mövcudluğu boyu son raundla birgə startap 175 milyon dollar cəlb edib.

Qeyd edək ki, 31 milyard dollar dəyərində qiymətləndirilən “Airbnb” ilkin ictimai təklifə (IPO) hazırlaşır. Bu, artıq 2020-ci ildə baş tuta biləcək. “Bloomberg”-in dediyinə görə, şirkət qaydalara görə oynamayan startap imicindən qurtulmağa cəhd edir və səyahətçilər üçün bilet və mənzil bronlamağa imkan verən universal meydançaya çevrilməyə can atır.

Samirə Məmmədova