airbus-in-xalis-geliri-artib

“Airbus”-ın xalis gəliri artıb

Avropanın ən iri aviatikinti korporasiyası olan “Airbus” ikinci rüb və ilk yarım ilin maliyyə nəticələrini dərc edib. İnsider.az bunu “Kommersant”-a istinadən bildirir.

Şirkətin hesabat dövrü üzrə xalis gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 1,197 milyard avro təşkil edib və 141% artıb.

Ümumi mənfəət 24%-dən 30,9 milyard avroya kimi yüksəlib. Bununla yanaşı ayrı istiqamətlər arasında ən yüksək artım təyyarə istehsalatı üzrə şöbəyə məxsusdur — 30%, halbuki təyyarələrə olan yeni sifariş sayı 57% azalsa da (88 vahid sifariş olunub), lakin sifariş portfeli, buna baxmayaraq, 2% (7276 təyyarə) artıb.

Şirkət 2019-cu ilin sonuna qədər sifarişçiləri 880-890 təyyarə ilə təchiz etməyi planlaşdıraraq,  ilin yekunlarına dair proqnozlarını əvvəlki səviyyədə saxlayıb.

Qeyd edək ki, gözlənilənə görə, “Airbus”, öz əbədi rəqibi olan “Boeing”-in “737 MAX” təyyarələri üzündən ciddi problemləri fonunda ilin yekunlarına görə dünyanın ən iri aviatikinti şirkətinə çevriləcək.

Samirə Məmmədova