aktivlerinden-en-yaxsi-istifade-eden-banklar

Aktivlərindən ən yaxşı istifadə edən banklar

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 31milyard 538,3 milyon manat məbləğində aktivlərin 0,5%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" və "Express Bank" ASC-lər olub. Bu bankların əldə etdiyi mənfəət aktivlərinin 1,7%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" və "Express Bank" aktivlərinin məbləğinə görə ölkədə müvafiq olaraq 3-cü və 19-cudur.

Fəaliyyət effektivliyinə görə, 3-cü yeri isə "Naxçıvan Bank" ASC tutub. Bu bank ötən rüb aktivlərinin 1%-i qədər mənfəət əldə edib. Bu arada, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, 28 bank arasında 24-cü yerdə qərarlaşıb. 

Mənfəətlə işləyən qalan 19 bankda isə sözügedən göstərici 0,1-0,9% arasında dyişir.

Renkinq