Sinqapurda 27 yaşlı sərnişini bilet alıb ondan istifadə etmədiyi üçün həbs edilə bilər.
İnsider.az bu barədə “The Sun”-a istinadən xəbər verir.
Sərnişin aviabileti hava limanının tranzit zonasına düşmək və həyat yoldaşı ilə vidalaşmaq üçün almışdı, lakin onu həbs etdilər. Yerli qanunvericiliyə əsasən, eniş talonu və tranzit zonaya çıxış əldə edən ancaq səyahət etmək niyyətində olduğu halda orada olmaq hüququna malikdir.
İndi isə qanunu pozan iki ilədək həbs cəzası və 13 min avrodan çox cərimə gözləyir.
Həbsdən sonra polis “Facebook”-da ismarış dərc edib. Onlar ismarışda Çangi hava limanının tranzit zonaları qorunan ərazilər olduğunu xatırladırlar. “Əgər sərnişinlər göyərtəyə minməyi planlaşdırmırlarsa, infrastrukturun mühafizəsi barədə qanunun pozulmasına görə məsuliyyət daşıyırlar”, - deyilir ismarışda.
Polis qeyd edib ki, bu il ərzində bu cür pozuntulara görə 33 sərnişin məsuliyyətə cəlb olunub.
Samirə Məmmədova