Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub.
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib.
Qeyd edək ki, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub.
Bakı Dövlət Universitetini bitirib.
O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasında çalışıb. “Advanced Physical Research” jurnalının baş redaktoru olub. AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
Son təyinata qədər Ali Attestasiya Komissiyasının şöbə müdiri işləyib.