Azərbaycanda Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək
İnsider.az xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilir.
Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əmək haqqı veriləcək. Yəni, 2 475 manat təyin olunacaq.
©Report