alibaba-dan-teklif-insanlar-heftede-12-saat-islesinler

“Alibaba”-dan təklif – insanlar həftədə 12 saat işləsinlər

“Alibaba” şirkətinin təsisçisi və milyarder Cek Ma bildirib ki, insanlar həftədə 12 saat işləməli, işin böyük hissəsini isə onların yerinə süni intellekt görməlidir.

İnsider.az bu barədə “Bloomberg”-ə istinadla xəbər verir.

Şanxayda süni intellekt üzrə Ümümdünya konfransında çıxış edərək milyarder insanların həfətədə cəmi üç gün – gündəlik dörd saat işləməli olduqları fikrini bildirib. Onun sözlərinə görə, buna texniki tərəqqi və təhsil sisteminin islaatı sayəsində nail olmaq olar.

Yeni texnologiyaların insana daha çox asudə vaxt bəxş etdiyinə Ma elektriki nümunə göstərib. O bildirib ki, elektrik sayəsində insanlar axşam karaoke və ya diskotekaya getməyə vaxt tapa biliblər, süni intellekt isə insanlara daha da çox imkan yaradacaq.

Qeyd edək ki, hələ aprel ayında Cek Ma tamamilə əks fikir bildirmişdi – həmin vaxt o, iş vaxtından artıq iş rejiminin müdafiəsinə qalxmışdı.

Samirə Məmmədova