aliexpress-yeni-catdirilma-qaydalarini-tetbiq-edir

“AliExpress” yeni çatdırılma qaydalarını tətbiq edir

2019-cu ilin sentyabrın əvvəlində “AliExpress” şirkəti rusiyalı alıcılar üçün yeni xidmətini işə salır – müxtəlif təchizatçılardan olan alış-verişlər vahid bağlamada formalaşdırılacaq.

İnsider.az bu barədə “Kommersant”-a istinadən xəbər verir.

Xidmət ümumi sifariş məbləği 5 dollardan çox olduqda, pulsuz olacaq. Bundan qabaq hər mal, hətta eyni vaxtda alınmış olan belə, ayrıca və müxtəlif müddətlərdə çatdırılırdı.

Yeni xidmət çatdırılma müddətini (əsasən də orta və kiçik şəhərlərə) iki dəfə azaltmağa imkan verəcək. Həmçinin bu, orta sifariş qəbzini (hazırda o, təxminən 9 dollar təşkil edir) artırmağa və yarım il ərzində qəbul edilməmiş sifariş sayını azaltmağa imkan yaradacaq. Nəşr yazır ki, belə sifarişlərin payı 7-8%-ə çata bilər.

Nəşr tərəfindən sorğu aparılmış ekspertlər hesab edir ki, yenilik, çətin ki, orta qəbzi artırmağa imkan versin – alıcılar adətən “AliExpress”-də bahalı mal almırlar. Xidmət çatdırılma müddətini də, çox güman, azaltmağa imkan yarada bilməyəcək, lakin şirkət üçün malların daşınma qiymətini azaldacaq.

Samirə Məmmədova