Azərbaycanın Dövlət Himni Şuşanın işğaldan azad olunması münasibətilə yeni üslubda oxunub.
Himni Azərbaycanın Xalq artisti Alim Qasımov, onun qızı Fərqanə Qasımova ifa edib. Həmçinin A.Qasımovun nəvələri də ifada iştirak edib.
Onlar bu ifa ilə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edib.