Elektron ticarətin ƏDV-dən azad olunması bu sahənin gələcəkdə inkişafına təkan verə bilər.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev belə hesab edir.
“Cari ilin 9 ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91% artaraq 2,2 mlrd. manata çatıb. Son illər bu sahə fəal inkişaf edir, lakin onun ƏDV-dən azad olunması gələcək inkişafını sürətləndirə bilər”, - Quliyev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AMB vergi orqanları ilə bu istiqamətdə danışıqları davam etdirir.
“Hesab edirik ki, elektron ticarət sahəsi ƏDV-dən azad olunmalıdır”, - Quliyev əlavə edib.
Hazırda Azərbaycanda 18% dərəcə ilə ƏDV tətbiq olunur.