alimler-ag-ciyer-xercengini-olduren-erzagin-adini-aciqlayib

Alimlər ağ ciyər xərçəngini öldürən ərzağın adını açıqlayıb

Marşall universitetinin alimləri çili bibərinin aktiv komponenti olan kapsaisinin siçanlarda ağ ciyər xərçənginin inkişafını ləngitdiyini aşkar ediblər.

İnsider.az-ın məlumatına görə, onkoloqlar müəyyənləşdiriblər ki, bu alkaloid üç insan hüceyrə xəttləri üzrə ağ ciyər adenokarsinoman hüceyrələrinin artımını boğur və praktiki olaraq metastazı tamamilə öldürür.

Tədqiqatçılar müəyyən edib ki, kapsaisin bəd xassəli şişlərin sağlam hüceyrələrin hesabına artma və aktiv qidalanma bacarığını öldürür. Həmçinin bu komponent xəstəliklə zədələnmiş qan damarları hüceyrələrinə keçidə əngəl yaradır və xəstə hüceyrələrin digər toxumalara yayılmasına imkan vermir.

İndi isə alimlər kapsasisini dərman preparatları üçün necə uyğunlaşdıra biləcəklərini anlamağa çalışırlar. Bu baxımdan tək çətinlik alkaloidin xoşagəlməz hisslər verən yan təsirləridir. Məlumdur ki, onu ehtiyatla, dozalarla və tutumlu yeməkdən sonra qəbul etmək olar. Əgər bu maddənin qəbulunu yandırma və qıcıqlandırmadan azad etmək olarsa, o zaman bu aktiv “bibər” xərçəng əleyhinə preparatı bir neçə növbəti illər ərzində hazırlaya bilərlər.

Samirə Məmmədova