alimler-arktikani-yeniden-donrudmagi-teklif-etdiler-video

Alimlər Arktikanı yenidən donrudmağı təklif etdilər - VİDEO

Arktikada buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi yüksəlir. Amma suyun səviyyəinin yüksəlməsi sadəcə ətraf ərazilərin batması demək deyil, bu həm də planetdə iqlimin dəyişməsi deməkdir. belə ki, əriyən buz dəniz suyunu qarışdırı, isti cərəyanlar soyuyur. Bu səbəbdən də bir müddət öncə bir qrup alim Arktikanı yenidən dondurmağı təklif edib. amma bu dondurma üsulu yetərincə alicənab bir üsuldur. 

Son bir neçə onillik ərzində Şimali Buzlu okean  buz örtüyünün 30%-ni itirib. Nəticədə soyuq regionların suiti, ağ ayı, canavar, pinqvin və d. canlıları məhv olma təhlükəsi ilə üz-üzə qalıblar.

“Arktikanı yenidən necə dondurmaq olar?” sualına gəldikdə isə layihə müəllifləri çox orijinal bir üsul təklif edirlər. 
Onlar okeanın dibinə enəcək sualtı qayıqlar vasitəsilə dəniz suyunu yığıb, filtrdən keçirməyi və dondurmağı təklif edirlər. Nəticədə altı guşəli buz parçaları əldə edərək, sonradan birləşdirməyi planlayırlar. Hər parça üçün 2027 kubmetr su lazım olacaq.   

“Məqsədimiz – qlobal iqlimə birbaşa təsiri olan qütb ekosistemini bərpa etməkdir”, - layihə müəlliflərindən biri Faris Racah Kotaxatuxaxa deyib.

Səbinə Səmidxan