Alimlər İsrailin Aşkelon ərazisində ehtiml edilən “ilk filistimlilərin” qəbirlərində tapılmış sümüklərdən genetik materialı çıxarıblar. Bu nümunələr onların sahiblərinin həqiqətən də bu xalqa aid olduqlarını təsdiqləyib və bu xalqın Avropadan çıxdıqlarına dəlalət ediblər.
İnsider.az-ın məlumatına əsasən, genetiklər bu barədə “Science Advances” elmi jurnalında yazırlar.
Üç il əvvəl Harvard universitetindən olan arxeoloqlar Lourens Stegerin (Lawrence Stager) başçılığı altında bildirdilər ki, onlar İsrailin Aşkelon şəhərinin yaxınlığında filistimlilərin iki yüzdən çox nümayəndəsinin qalıqlarının bastırıldığı daha bir məqbərəni tapmağa nail olublar. Radiokarbon təhlilin göstərdiyi kimi, qəbiristan eramızdan əvvəl XI əsrdə salınıb.
Bu arxeoloqlara müəyyən müzakirələrdən sonra genetiklər də qoşularaq, yüzə yaxın sümük nümunəsi toplayıb, onlardan DNT qırıqlarını çıxararaq antik Aşkelonun sakinlərinin genomlarını bərpa etməyə çalışıblar. Genetik materialın bu nümunələrdə ancaq onunda qaldığı aşkarlanıb, lakin bu qalıqlar da tədqiqat üçün yetərli olub.
Tədqiqatın nəticəsi olaraq məlub olub ki, bu ərazinin sakinləri ümumilikdə antik dövr zamanı Levant və bütün Yaxın Şərqdə məskunlaşmış digər xalqlara bənzəmirlər. Genetik planda onlar qədim israillilər və finikiyalılara deyil, indiki Türkiyə ərazisinin antik sakinləri, qədim yunanlar və digər avropalı xalqlarına yaxın olublar.
Ən maraqlısı isə, filistimlilərin genomunda tapılmış “avropalı” izlərin onların genofondundan, demək olar ki, iki əsr ərzində silinməsidir. Alimlərin qeyd etdiyinə görə, Avropanın cənubundan olan miqrantlar Yaxın Şərq sakinləri arasında sözün əsl mənasında “əriyiblər” və müasir Levant xalqları arasında izlərini saxlamayıblar.
Samirə Məmmədova