alimler-gece-novbeleri-hamileliyin-kesilmesine-getirir

Alimlər: Gecə növbələri hamiləliyin kəsilməsinə gətirir

Gecə növbəsində iş hamiləliyin vaxtından öncə kəsilməsi riskini artırır. Belə qənaətə Bispebyerq və Frederiksberq xəstəxanalarından olan danimarkalı həkimlər gəliblər.

İnsider.az-ın verdiyi xəbər görə, araşdırma “Occupational & Environmental Medicine” jurnalında dərc olunub.

Mütəxəssislər təxminən 23 min hamiləlik barədə məlumatı təhlil ediblər və onları qadınların iş qrafiki və onların xəstəxanaya hamiləliyin kəsilməsi ilə əlaqədar düşməsi ilə tutuşdurublar.

Məlum olub ki, hamiləliyin səkkizinci həftəsindən sonra hətta həftədə iki gecə növbəsi hamiləliyin kəsilməsi riskini 32% artırırmış. Qadınlar nə qədər çox gecə işləməli olsalar, bir o qədər də risk yüksək olur.

Alimlər təxmin edir ki, hər şeyin səbəbi hamiləliyin normal gedişatı üçün zəruri olan melatoninin yaranmasıdır. Gecə növbəsində iş hamiləliyə inkişaf etməyə imkan verməyərək, melatoninin əmələgəlmə prossesinə müdaxilə edir.

Samirə Məmmədova