Alimlər hətta toxluq hissi zamanı yemək yeməyi dayandırmağın çətin olduğu səbəbini açıqlayıblar.
İnsider.az bunu “Die Welt” alman nəşriyyatına istinadla xəbər verir.
Mütəxəssislər müəyyən ediblər ki, bunun ilk növbədə günahkarı təkamüldür. Əvvəllər qida qəbulu nadir olduğu halda, insanlar bir dəfəyə mümkün qədər çox yeməyə çalışırdı.
“Bugün həmişə əlçatan olan çoxlu sayda yüksək kalorili yemək var. Lakin hələ beynimizdəki bizi mümkün qədər çox yeməyə vadar edən həmin mexanizmi itirməmişik”, – araşdırma müəlliflərindən biri olan Toomas Kaş qeyd edir.
Həmçinin siqnal molekulu kimi iştahanı açan nosiseptin zülalı da rol oynayır. Bu komponenti bloklasaq, istək azalır. Belə qənaətə alimlər siçanlar üzərində aparılan sınaqlardan sonra gəliblər.
Samirə Məmmədova