alimler-sehhetin-yaxsilasmasi-ucun-tebietde-ne-qeder-vaxt-kecirmeyin-lazim-oldugunu-mueyyen-edibler

Alimlər səhhətin yaxşılaşması üçün təbiətdə nə qədər vaxt keçirməyin lazım olduğunu müəyyən ediblər

Təbiət qoynunda istirahət depressiya və həyacanla mübarizə aparmağa kömək edir, təzyiqi azaldır, müxtəlif xəstəlik risklərini azaldır və yaradıcılıq bacarıqlarını yaxşılaşdırır. Alimlər bu müsbət effekti hiss etmək üçün həftədə neçə saat təmiz havada keçirməyin lazım olduğunu hesablayıblar.

Bu yaxınlarda Böyük Britaniya höküməti 20 min nəfərin iştirak etdiyi araşdırma aparıb. Həftə boyu onlar öz məşğuliyyətlərini izləməli idilər. Təbiətdə heç olmasa ən azı iki saat vaxt (bir və ya  bir neçə gəzinti ərzində) keçirənlər təmiz havada az olanlardan daha tez-tez yaxşı əhval və səhhəti barədə məlumat veriblər. Maksimal effektə, adətən, ümumilikdə 200-300 dəqiqədən sonra nail olunub.

Əgər siz təmiz havada keçirdiyiniz dəqiqələri saymağa başlamaq istəyirsinizsə, nəzərə alın ki, sadəcə həyətə çıxmaq və ya mağazayacan gəzmək kifayət deyil. Tədqiqatçılar “açıq yerdə və şəhərdəki, məsələn, parklarda və təbiət zonalarındakı gəzintiləri” təhlil ediblər. Yəni orqanizm üçün xeyir əldə etmək üçün daha uzağı seçməlisiniz – bu, ona dəyər.

Yeri gəlmişkən, belə gəzintilərin verdiyi fayda təbiətdəki fiziki çalışmalardan gələn xeyirdən fərqlənir. Tədqiqatda iştirak edənlər fiziki çalımalar etməsələr də, onların səhhəti heç də bu çalışmaları edənlərdən geri qalmır, əksinə, daha yaxşıdır.

Samirə Məmmədova