Televizora baxma və sosial şəbəkələrin istifadəsi yeniyətmələrdə depressiyaya gətirib çıxarır. İnsider.az “JАMA Pediatrics”-ə istinadla xəbər verir ki, bu qənaətə kanadalı alimlər gəlib.
Sosial media və televiziya verilişlərində uşaqlar çox vaxt daha müvəffəqiyyətli həmyaşıdlarının obrazlarını görürlər, bu da onların özlərinə verdiyi qiyməti aşağı salır və əhvalın pisləşməsinə səbəb olur.
Üstəlik, yeniyetmələr sosial şəbəkədə və televizor önündə nə qədər çox vaxt keçirsələr, bir o qədər onlarda depressiya simptomları dərinləşir.
Alimlər həmçinin videooyunların və kompüter istifadəsinin yeniyetmələrin əhvalına təsir etmədiklərini qeyd ediblər.
Samirə Məmmədova