alimlerden-heyecan-tebili-yer-uzunde-temiz-havasi-olan-yer-qalmayib

Alimlərdən həyəcan təbili - Yer üzündə təmiz havası olan yer qalmayıb

Fransada alimlər Pireney dağlarında olan havada mikroplastik zərrəcikəri aşkar ediblər.

Bu barədə İnsider.azNature Geoscience”-ə istinadla xəbər verir.

Mikroplastik telləri və plastik plyonka fraqmentləri Pireney silsiləsinin az məskən salınmış hissəsindəki nümunələrdə tapılıb. Mütəxəssislər qeyd edir ki, bu, həmin yerlər üçün olduqca qeyri-tipikdir. Bu sübut edir ki, plastik zərrəcikləri nəinki suda, hətta hava ilə də yerini dəyişə bilir.

Bundan başqa, dağ havasında mikroplastik dərəcəsi faktiki olaraq Parisdə olduğu kimidir. Mütəxəssislər vurğulayır ki, planet üzərində “təmiz” adlandıra biləcəyimiz yer artıq bəlkə də qalmayıb.

Qeyd edək ki, hər il hasil olunan 400 milyon ton plastikdən təxminən 20%-i təkrar emal edilir. Yerdə qalanı bu və ya başqa şəkildə ətraf mühitə düşür.

Daha əvvəl isə alimlər çirkli havanın siqaretdən daha təhlükəli olduğunu və hava çirklənməsinin ildə yeddi milyon adam öldürdüyünü söyləmişdilər.

Samirə Məmmədova