Lids Universitetinin alimləri buz qatının sürətli şəkildə nazikləşməsini qeyd ediblər. Özü də bəzi yerlərdə bu, 122 metrə qədər nazikləşmə təşkil edir. İnsider.az bu barədə “Phys.org”-a istinadla xəbər verir.
Dəyişikliklər ən cəld şəkildə Antarktidanın Sakit və Atlantik okeanları ilə əhatə olunan hissələrində baş verir. Buzluqların əriməsi təkcə bu zonalarda baş vermir, həmçinin qitənin dərinliyinəcən yayılır.
Tədqiqatın gedişatında mütəxəssilər Antarktida buz qalxanının hündürlüyünün 1992-dən 2017-ci ilədək 800 milyon peyk ölçmələrini təhlil ediblər. Nəticədə məlum olub ki, 1992-ci ildən başlayaraq, buz itkisi qitənin qərb hissəsinin 24 faiz ərazisində güclənməyə başlayıb.
İsti dəniz suyunun təsirinə görə ərimə, müşahidələrin əvvəli ilə müqayisədə hazırda beş dəfə tez baş verir. Bu, qlobal istiləşmə ilə bağlıdır.
Qeyd edək ki, bir qədər əvvəl Afrika səhrasında qədim buzluğun qalıqları aşkar olunmuşdu. Bu, nə zamansa buzlaşmış səhra barədə nəzəriyyəni təsdiqlədi.
Samirə Məmmədova