Almaniya Yenidənqurma Bankı (KFW) Gürcüstanın enerji sahəsində həyata keçiriləcək islahatların dəstəklənməsinə 8 mln. 440 min. avro həcmində qrant ayıracaq.
İnsider.az xəbər verir ki, müvafiq sazişi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini David Tvalabeişvili və KFW-nin Cənubi Qafqaz üzrə regional ofisinin direktoru Kalaus Vigel imzalayıb.
Sənədə əsasən, ayrılacaq vəsait enerji effektivliyi, bərpa olunan enerji mənbələri, qanunvericiliyin təkmilləşdirilməsi kimi müxtəlif sahələrin dəstəklənməsinə yönəldiləcək.
D.Tvalabeişvili bildirib ki, KFW-nin dəstəyi enerji sektorunda planlaşdırılan islahatlar baxımından vacib məqsədlərə çatmaq üçün çox faydalı olacaq.
© Report