Almaniyanın hava yolu şirkəti Lufthansa-nın 2020-ci ilin sonuna qədər dünya üzrə cəmi 29 min əməkdaşını işdən çıxaracağı, gələn il isə öz ölkəsində təxminən 10 min nəfəri işdən çıxaracağı iddia edilib.
İnsider.az xəbər verir ki, şirkətdəki mənbəsinə istinadən "Bild am Sonntag" qəzeti, Lufthansa-nın Almaniya xaricində 20 min nəfəri işdən çıxaracağını, bundan başqa 7 min 500 nəfərə məşğulluq təmin edən LSG hissəsini sataraq cəmi personalı 109 minə salacağını yazıb.
Lufthansa-nın gələn il Almaniyada təxminən 10 min nəfəri işdən çıxaracağını bildirən qəzet, Almaniya hava yolu şirkətinin ilin əvvəlində aldığı 9 milyard avroluq hökumət xilasetmə paketinin 3-də 1-ini (3.64 milyard dollar) indidən istifadə etdiyini qeyd edib.
Lufthansa Group-un səhmdar olduğu Eurowings, İsveçrə, Avstriya və Brüksel hava yolları pandemiya ilə əlaqədar personal sayını azaltmışdır. Lufthansa qrupuna daxil olan şirkətlərin 2025-ci ilə qədər pandemiyadan əvvəllki səviyyələrə çatacaqları gözlənilmir.
Marja