almaniya-yeniden-baglanir

Almaniya yenidən "bağlanır"

Almaniyada 16 dekabrdan etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

İnsider.az xəbər verir ki, ölkədə ictimai həyatın böyük miqyasda məhdudlaşdırılması nəzərdə tutulur.

16 dekabr 2020 -10 yanvar 2021 tarixləri arasında bütün pərakəndə satış müəssisələri bağlanacaq. Bərbərlər, gözəllik salonları, masaj salonları da bağlanacaq.

Qərara görə, yalnız marketlər, bazarlar, evlərə xidmət göstərən müəssisələr, apteklər, təmizlik və gigiyena məhsullarının satıldığı mağazalar, yanacaqdoldurma məntəqələri, banklar, poçtlar və qəzet satış dilerləri fəaliyyət göstərəcəkdir.

Bağlanan müəssisələrə dövlət yardımının miqdarının artırılması da planlaşdırılır.

Marja