almaniyada-inflyasiya-zeifleyib

Almaniyada inflyasiya zəifləyib

Almaniyada istehlakçı qiymətləri indeksi Avqust ayında illik müqayisədə 1 faiz artıb. Bu, proqnozdan aşağıdır.

Insider.az xəbər verir ki, Almaniyada inflyasiya avqustda gözlənilməz bir şəkildə zəifləyərək, Almaniyanın iqtisadi kövrəkliyinə dair daha bir işarə olub. Almaniyada bu gün açıqlanan ayrı bir göstəriciyə görə işsizlərin sayı da avqustda artım qeyd edib.

Almaniyada istehlakçı qiymətləri avqust ayında əvvəlki ilin eyni dövrünə nisbətən 1% artıb. İyul ayının göstəricisi 1.1% idi.

Avropa Mərkəzi Bankının (AMB) Avro Zonası üçün inflyasiya hədəfi 2 faiz səviyyəsindədir.  

Son göstəricilər Avropanın ən böyük iqtisadiyyatının durğunluğa  yönəldiyini göstərir. 

Almaniyada emal sektoru, ixracın qlobal ticarət münaqişələri və siyasi təzyiqlərə görə azalması ilə tənəzzülünü davam etdirir. İşsizliyin yüksəlməsi xidmət sektorunu indiyə qədər güclü saxlayan istehlakçı xərclərinə mənfi təsir göstərə bilər.

©Marja