Almaniyanın Anhalt-Bitterfeld bölgəsində Polşa istehsalı olan kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
“Bild” nəşri xəbər verir ki, ölənlərdən ikisi yeniyetmə, biri isə təyyarənin pilotu olan 55 yaşlı kişidir.
Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları məlum deyil.