almaniyadan-dizel-avtomobillerinin-en-cox-dasindigi-olkeler

Almaniyadan dizel avtomobillərinin ən çox daşındığı ölkələr

Almaniyanın «Autozeitung» qəzeti ölkədə işlənmiş dizel avtomobillərinin ən çox hansı ölkələrə göndərildiyini açıqlayıb. 

İnsider.az xəbər verir ki, birinci yerdə Ukraynadır – bu ölkəyə işlənmiş diel avtomobillərinin ixracı 136,8% və ya 2,4 dəfə artıb. Xorvatiyaya belə avtomobillər ixracı 89%, Sloveniyaya isə 51% artıb. Maraqlıdır ki, işlənmiş alman dizel avtomobilləri həyat səviyyəsi yüksək olan ölkələrlə də həvəslə alınır. Məsələn, Avstriyaya belə avtomobil göndərilməsi 41%, Fransaya 34%, İspaniyaya 31% artıb.

Ümumilikdə işlənmiş dizel avtomobillərin Almaniyadan ixracı 2018-ci ildə 2017-yə nisbətən 20,5% artıb.

Amma bəzi ölkələrdə belə avtomobillərə maraq azalıb. Məsələn Norveçdə, hansı ki, elektriklə işləyən avtomobillərə böyük üstünlük verilir, alman işlənmiş dizel avtomobillərinin satışı 26% azalıb. İsverçrədə azalma 18,7%, Finlandiyada 9% olub.

©FED.az