almaniyanin-ekologiya-naziri-aviaucuslari-bahalasmasina-cagiris-edir

Almaniyanın ekologiya naziri aviauçuşları bahalaşmasına çağırış edir

Almaniyanın ekologiya naziri Svenya Şultsenin fikrincə, iqlim dəyişiklikləri ilə mübarizə üçün aviauçuşlara olan vergiləri qaldırmaq gərəkdir.

İnsider.az bunu “Rheinische Post” qəzetinə istinadla bildirir.

“Mən hesab edirəm ki, aviadaşıyıcılar da parnik qazlarından olan xərcləri qarşılamalıdırlar və bu, biletlərin qiymətlərində əks olunmalıdır. Aviadaşıyıcı bazarı CO2 tullantılarına görə ədalətli ödəniş də etməlidirlər”, - deyə o, söyləyib. Onun fikrinə görə, bəzi istiqamətlərə olan uçuşların qatarla gedişdən ucuz olmasına yol vermək olmaz.

Həmçinin Şultse qeyd edib ki, ən yaxşı variant bu cür tənzimləmənin Avropa səviyyəsində olmasıdır, lakin Almaniya digər ölkələrin də bu qənaətə gəlməsinə qədər gözləməməlidir.

Samirə Məmmədova